Zəfər paradında “Dəmir yumruq” əməliyyatının qaziləri keçid edib

  • Space TV
  • 10 Dekabr 2020 14:43

Torpaqlarımızın işğaldan azad olunmasında, Vətən müharibəsində düşmən üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olan qazilərimiz Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak edib.

Spacetv.az xəbər verir ki, “Dəmir yumruq” əməliyyatının qaziləri Silahlı Qüvvələrimizə məxsus hərbi avtomobillərin üzərində əyləşərək tribuna önündən keçid ediblər.

Zəfər paradında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Paylaş

 Xəbəriniz olsun