Yüzlərlə yaralı var

  • SpaceTV
  • 15 Avqust 2019 12:47

Demokratiya tərəfdarı nümayişçilərin hava limanının əsas terminalını ələ keçirməsi səbəbi ilə Honq Konqun beynəlxalq hava limanındakı bütün uçuşlar çərşənbə axşamından artıq 3 cü gündür ki,  təxirə salınıb. Hava limanı rəsmiləri bu qərarı etirazçılar sərnişinlərin uçuş qapılarına doğru getmələrinin qarşısını alandan, xalqa hava limanına gəlməmək məsləhəti verdikdən və bütün qeydiyyatlar dayandırılandan bir neçə dəqiqə sonra verib.

  Hava limanında bir gün öncə də bənzər nümayiş səbəbi ilə yüzlərlə uçuş təxirə salınıb. Honq Konqu tərk etmək istəyən bəzi qəzəbli sərnişinlər çərşənbə axşamı nümayişçilərlə qarşıdurma yaşayıb.

Qeyd edək ki, dünyanın ən məşğul hava limanlarından biri olan Honq Konq hava limanının bağlanması iki ay öncə başlayan küçə etirazlarının davamıdır. Nümayişçilər yolları bağlayıb, polisin dağılmaq çağırışına cavab vermədiyi üçün iğtişaş polisinin göz yaşardıcı qaz sıxması və öldürməyən güllə ilə etirazçılara atəş açması nəticəsində onlarla nümayişçi xəsarət alıb.

Birləşmiş Millətlər Təşkilatının insan haqları idarəsinin sədri Mişel Başelet bəyanat yayaraq Honq Konq rəsmilərini təmkinli olmağa və etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə hallarını araşdırmağa çağırıb.

İndi isə nümayişçilər növbəti liderlərini birbaşa olaraq azad və ədalətli seçki yolu isə seçmək hüququ və polis zorakılığı ilə bağlı müstəqil istintaq aparılmasını tələb edir. Honq Konqun lideri Karri Lam çərşənbə axşamı mətbuat konfransı zamanı polisin əməllərini müdafiə edərək deyib ki, onlar çox çətin vəziyyətdə ani qərar verməli olublar. Lam bildirib ki, zorakılıq dayandırıldıqdan və xaotik vəziyyət başa çatandan sonra o, etirazçılarının “tələblərini” dinləyəcək. Pekin rəsmiləri etirazları “terrorizm” adlandırıb. Honq Konqda demokratiya tərəfdarı etirazçılarla bağlı səbrinin belə görünür tükəndiyi Pekin rəsmiləri nümayişçilərə qarşı ritorikanı gücləndirərək, onların “terrorizm əlamətləri”ni nümayiş etdirməyə başladıqlarını bildirib.

Təhlilçilərin fikrincə, bu ritorika Britaniyanın keçmiş müstəmləkəsində yaranmış siyasi böhranı həll etməyəcək və yalnız gənc etirazçılar arasında qəzəbin daha da artmasına gətirib çıxaracaq. Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq.

Onların blidirdiyinə görə, hərbi müdaxilənin çox baha başa gələcəyini gözəl bilən Çin prezidenti Şi Tsinpinin səbrlə hadisələrin inkişafını izləyərək, 2014-ci ildə demokratiya hərəkatının baş qaldırdığı zaman istifadə etdiyi strategiyanı yenidən tətbiq edəcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun