“Yuyucu toz” yükü gətirən avtomobildə “İphone” markalı telefonlar aşkar edildi

  • Space TV
  • 9 Sentyabr 2020 15:36

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İran İslam Respublikasından “yuyucu toz” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi “Dong Feng” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib. 

Spacetv.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilən 10 ədəd “İPhone 11” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun