Yuxusuzluq yaradan ərzaqların adları açıqlanıb

  • Space TV
  • 22 Dekabr 2020 10:00

“Yaxşı yata bilmirsinizsə, yatmazdan əvvəl qida tənzimləmələri aparmalısınız”.

“RİA Novosti”nin məlumatına görə, bunu tanınmış rusiyalı aparıcı və həkim Yelena Malışeva yuxu keyfiyyətini pozan qidaların adını açıqlayarkən deyib.

O, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün ilk növbədə alkoqolu istisna etməyi tövsiyə edib, çünki ona görə yuxu fasiləli və natamam olur.

Siyahıda yuxu rejiminə mənfi təsir edən qəhvə də var.

“Birincisi, o, zəif psixostimulyatordur, ikincisi, güclü sidikqovucu vasitədir”, – deyə aparıcı izah edib.

Malışeva yağlı, ədvalı qidaların narahatlığa və mədə qıcqırmasına səbəb ola biləcəyini, bunun nəticəsində insanın yuxuya getməkdə çətinlik çəkdiyini qeyd edib.

O, yatmazdan əvvəl sağlam bir qəlyanaltı olaraq kefir, püstə, albalı, hinduşka əti, ispanaq və küncüt toxumlarını təklif edib.

Paylaş

 Xəbəriniz olsun