Yuxulu sürücü maşınını “Nərimanov” metro stansiyasının girişindəki köşkə çırpdı

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:46

Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində,“Nərimanov” metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, Altay Turabov idarə etdiyi “Toyota” markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus “Daewoo Gentra” markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən köşkə çırpılıb.

Qəza zamanı “Toyota” markalı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Turabov Altay Zəlimxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisə zamanı işıqfor qırılıb, köşkə ciddi ziyan dəyib, avtomobillər isə deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun