“Yuventus”un Suaresə təklif etdiyi maaş məlum oldu

  • Space TV
  • 20 Avqust 2020 15:58

“Barselona”nın hücumçusu Luis Suaresin Kataloniya klubunu tərk edəcəyi gözlənilir.

“El Chiringuito TV” xəbər verir ki, artıq uruqvaylı futbolçuya komandadan ayrılacağı ilə bağlı məlumat verilib.

Bildirilir ki, 33 yaşlı hücumçu ilə İtaliyanın “Yuventus” klubu maraqlanır.

Turin klubu L.Suaresə iki illik müqavilə üçün 3 milyon avro maaş təklif edir.

Paylaş

 Xəbəriniz olsun