“Yuventus”un futbolçusu koronavirusa yoluxdu

  • Space TV
  • 12 Mart 2020 11:16

İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

SPACE TV  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

““Yuventus” klubu bu saatlarda qanunla nəzərdə tutulmuş bütün təcrid prosedurlarını, o cümlədən onunla əlaqə saxlayanların siyahıyaalınmasını həyata keçirəcək” – deyə məlumatda bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Paylaş

 Xəbəriniz olsun