“Yuventus” Ronaldunu “Real” və “Barsa” ya təklif etdi

  • SpaceTV
  • 13 Avqust 2020 13:47

“Yuventus” rəhbərliyi hücumçu Kriştianu Ronaldunun transferi məsələsini nəzərdən keçirir.

Spacetv.az bu barədə Gazeta.ru ya istinadən xəbər verir.

İtaliya klubu koronavirus pandemiyasına görə zərərə məruz qalıb və indi bahalı müqavilələrindən xilas olmaq istəyir. Portuqaliyalının illik maaşı isə 31 milyon avro təşkil edir.

Klub artıq K.Ronaldunun agentinə də yeni komanda axtarmağı xahiş edib. “Yuve” hücumçusunu “Real”, PSJ və ya “Barselona”ya satmağa hazırdır.

Paylaş

 Xəbəriniz olsun