“Yuventus” Ronaldunu Neymarla dəyişdirmək istəyir

  • Space TV
  • 11 Noyabr 2020 10:17

İtaliyanın “Yuventus” klubu Kriştianu Ronaldunu braziliyalı ulduz futbolçu Neymarla dəyişdirmək istəyir.

Spacetv.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” portalı məlumat yayıb.

Qeyd edək ki, ötən gün PSJ klubunun idman direktoru Leonardo portuqaliyalı futbolçunun Turini tərk etmək istədiyini və Paris klubuna keçməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, K.Ronaldunun “Yuventus” klubu ilə müqaviləsi 2022-ci ildə bitir. 

Paylaş

 Xəbəriniz olsun