“Yuventus” Milana yollanmaqdan imtina etdi

  • Space TV
  • 6 Yanvar 2021 09:45

İtaliya A seriyasının “Milan” – “Yuventus” oyunu təxirə düşə bilər.

Bu barədə “Football Italia” nəşri məlumat yayıb.

Belə ki, “Yuventus”un iki futbolçusunda (Aleks Sandro və Xuan Kuadrado) koronavirusun aşkar edilməsindən sonra rəhbərlik Milana yollanmaqdan imtina edib.

Qeyd edək ki, Turin klubunun argentinalı hücumçusu Paulo Dibalanın da bir gün əvvəl yüksək temperaturu olub.

Rəhbərlik klub daxilində koronavirus infeksiyasının geniş yayılmasından narahatdır.

Paylaş

 Xəbəriniz olsun