“Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı

  • SpaceTV
  • 25 May 2020 11:17

“Yuventus” rəhbərliyi ulduz futbolçusu Qonsalo İquainlə yollarını ayıra bilər.

Bu barədə “Tuttojuve” nəşri məlumat yayıb.

Futbolçunun satış qiyməti kimi 18 milyon avro göstərilib. “Nyukasl” və “River Pleyt” komandaları hücumçunun transferində maraqlıdır.

Argentinalı ulduz özü Buenos-Ayres təmsilçisinə keçmək istəsə də, sözügedən transfer qiymətinin “River” üçün münasib olmayacağı da qeyd edilir.

Paylaş

 Xəbəriniz olsun