Yusif Səmədoğlu niyə Xalq Cəbhəsinin sədri olmadı? – VİDEO

  • Space TV
  • 27 Noyabr 2019 14:04

“Xalq cəbhəsinin yaradanlar bir şey düşünürdülər, ona axınla gələnlər başqa şey.  Əslində Xalq Cəbhəsinin sədri Yusif Səmədoğlu seçilməli idi”.  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə  Space TV –nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində belə açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, xüsusi hazırlanmış adamlar Yusif Səmədoğlunun sədr seçilməsinin qarşısını alıb: “Xudadat Xudiyevlə Becan Fərzəliyev manadatları  çayxanada  camaata payladılar ki,  gələrsiz Əbülfəz Elçibəy deyə qışqırarsınız.  Gəldilər Əbülfəz deyə qışqırdılar. Yusif Səmədoğlunu da yaxşı tanıyırsınız, həlim xasiyyətli adam idi. Dedi, mən belə şeydə iştirak etmirəm. Bunlardan da soruşdular ki, siz hansı özəkdənsiniz, dedilər nə özək, çayxanadan gəlmişik”. 

Paylaş

 Xəbəriniz olsun