Yusif Eyvazov erməni ilə eyni səhnəyə çıxmaqdan imtina etdi

  • SpaceTV
  • 14 Yanvar 2020 10:37

Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.

SPACE TV  xəbər verir ki, bu barədə Forumopera.com saytı məlumat yayıb.

Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:

“Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”- məqalə müəllifi Loran Byuri yazıb.

Paylaş

 Xəbəriniz olsun