Yurdumuzun ərazisində tikilən qalalar qədim zamanlardan istifadə məqsədi və quruluşu baxımından fərqlənib

  • Space TV
  • 1 Fevral 2020 15:25

Zaqatala rayonunda mövcud olan tarixi abidələrdən biri də “Yenilməz batalyon” “Cavadxan” filmlərinin çəkildiyi və 2 əsrdən artıq dövrə şahidlik edən Zaqatala qalasıdır.Zaqatala qalası şəhərin günbatan hissəsində Çar höküməti tərəfindən tikilib.Qalanın inşasında çay daşı ,çiy kərpic və əhəngdən istifadə olunub.

Ərazisi və tikinti üslubuna görə göz oxşayan Zaqatala qalası rayonun ən yüksək hissələrindən birində tikilib və strateji baxımdan böyük əhəmiyyət kəsb edib. Buna görə də bu qalanın divarlarını top , tüfənglə dağıltsalar da heç vaxt qalanı mühasirəyə almaq mümkün olmayıb. Hazırda Qala qoruq kimi fəaliyyətini davam etdirir,eyni zamanda bu tarixi abidə Zaqatalanın mədəniyyəti və tarixi ilə maraqlanan  qonaqların üzünə daim açıqdır.tarixi abidənin olduğu ərazidə bir çox yaşayış binaları mövcuddur. Elə bu ərazinin adı da Qaladan götürülərək “Qala düzü” ərazisi adlanır. Burda hündür mərtəbəli  binalarda  yaşayan sakinlər,hər gün gözünü tarixi abidəyə açırlar.

Bu qala qoruğunda da orta əsr qalalarında olduğu kimi mühasirədən çıxmaq üçün dörd istiqamətdə yeraltı yollar çəkilib, lakin bu yollar hazırda bağlanılıb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun