“Yurdumuz Gənclərin Gözü ilə” layihəsi Cocuk Mərcanlıda

  • SpaceTV
  • 17 Fevral 2020 12:18

“Yurdumuz Gənclərin Gözü ilə” layihəsi çərçivəsində Şəmkir gəncləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

SPACE TV  xəbər verir ki, layihə Cəbrayıl və Şəmkir Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə Şəmkir rayon Təhsil şöbəsinin və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilmişdir.

Səfərin əsas məqsədi böyüməkdə olan gənc nəsilə vətənpərvərlik ruhunun tərbiyə olunması məqsədilə işğal olunmuş rayonların tanıdılmasıdır. Layihədə 20 nəfərdən artıq gənc iştirak etmişdir. Şəmkir gəncləri Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ilə tanış olmuşdur.Yekunda tədbir iştirakçıları sertifikat və xatirə hədiyyələri ilə təqdim olunmuşdurlar.

Paylaş

 Xəbəriniz olsun