Yüngül mühərrikli təyyarə evin üstünə düşdü: Pilot sağ qaldı

  • SpaceTV
  • 3 Avqust 2020 14:59

Yunanıstanın Serre bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Sky News” xəbər verir ki, hava gəmisi ətrafda yerləşən kənd evlərindən birinin üstünə düşüb.

Qeyd olunur ki, pilot xilasedicilərin gəlişinə qədər müstəqil şəkildə təyyarədən çıxa bilib.

O, özünü yaxşı hiss etsə də, müayinə üçün xəstəxanaya aparılıb.

Paylaş

 Xəbəriniz olsun