Yunanıstanın qərbi Viktoriya siklonu ilə üzləşib

  • SpaceTV
  • 13 Noyabr 2019 19:12

Yunanıstanın qərb hissəsi Viktoriya siklonu ilə üzləşib. Bununla bağlı İonik dənizində Bofor şkalasına görə 9 bal gücündə külək əsir. AZƏRTAC xəbər verir ki, yağış və tufan ölkənin qərb regionunu bürüyərək şərq istiqamətinə yönəlir. Bildirilir ki, siklon ölkəni bütövlüklə və Krit adasının qərbini gecə saatlarında bürüyəcək. Güclü yağış və dolu gözlənilir. Siklon nəticəsində Qaritsa, Lefkimmi, İqumenitsada ağaclar qırılıb, yollar su altında qalıb.

Paylaş

 Xəbəriniz olsun