Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara sertifikat veriləcək

  • SpaceTV
  • 20 Yanvar 2021 12:44

Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara milli rəqəmsal sertifikat veriləcək.

“RİA Novosti” bu barədə ölkənin baş nazirliyinə istinadən xəbər yayıb.

Sertifikat Yunanıstan Baş naziri Kiriakos Mitsotakis tərəfindən çərşənbə axşamı Mülki Müdafiə Baş Katibliyində keçirilən iclasda təqdim edilib.

“Peyvəndlə əlaqədar rəqəmsal sertifikatlarının verilməsi başlayır. Bu, Yunanıstanın növbəti yeniliyidir. Bu sertifikat hər bir vətəndaşın rəqəmsal ofisində avtomatik qeydiyyata alınacaq. Bu həm də ehtiyat tədbiridir, çünki yalnız bu şəkildə qanuni peyvəndi təsdiqləmək mümkün olacaq”, – Mitsotakis deyib.

Yunanıstanlı nazirin sözlərinə görə, onun Avropa İttifaqında vahid avropa peyvənd sertifikatı tətbiq etməsi təklifi müsbət qarşılanıb.

Paylaş

 Xəbəriniz olsun