Yunanıstanda həyəcan: Koronavirusla bağlı təcili iclas

  • Space TV
  • 25 Fevral 2020 13:45

Yunanıstan Səhiyyə Nazirliyi İtaliyada koronavirusun yayılması ilə bağlı təcili iclas çağırıb.

SPACE TV xəbər verir ki, ölkədə virusun yayılmaması üçün tədbirlər planı müəyyənləşib.

Qeyd olunub ki, “Diamond Princess” kruiz gəmisindən enən iki yunan sərnişində virusun əlamətləri aşkar edilməyib. Eyni zamanda, hökumət virusla bağlı məlumat kampaniyasına başlayıb.

Virusdan qorunmaq profilaktika tədbirləri həyata keçirir. Ölkənin bütün aeroport, liman və sərhədlərində virus barədə dolğun məlumat verilib. Nazirlik mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə saxlayır, ölkə üzrə bütün xəstəxanalar, tibb mərkəzləri, təcili yardım xidmətləri fövqəladə vəziyyət üçün hazırlıq vəziyyətinə gətirilib.

Paylaş

 Xəbəriniz olsun