Yunanıstan tarixində ilk: Qadın prezident seçildi

  • Space TV
  • 22 Yanvar 2020 16:52

Yunanıstan tarixində ilk dəfə qadın ölkə başçısı seçilib.

Sondakika.com-un xəbərinə görə, Yekaterina Sakelaropulu Yunanıstanın ilk qadın prezidenti olub.

O, Yeni Demokratiya Partiyasından namizədliyini irəli sürüb.

Bu gün keçirilən prezident seçkisində Sakelaropulu parlamentdə 261 səs toplayıb.

Martın 14-də Sakelaropulu vəzifəsinin icrasına başlayacaq.

Paylaş

 Xəbəriniz olsun