Yüksək texnologiyalı protezlə təmin olunan qazilərin sayı açıqlandı

  • Space TV
  • 18 Yanvar 2021 11:52

“Son bir ayda qazilərə 530 reabilitasiya vasitəsi verilib. Eyni zamanda, altı qazi yüksək texnologiyalı səkkiz protezlə təmin olunub”.

Spacetv.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini bildirib ki, hazırda da bu sahədə işlər davam edir.

A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb:

“Yaxın aylarda dörd müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır”.

Paylaş

 Xəbəriniz olsun