Yük maşınlarının Bakıya giriş istiqaməti dəyişdirilib

  • Space TV
  • 25 Noyabr 2019 12:09

Bakı-Salyan yolunun Bibiheybət qəsəbəsi yaxınlığından keçən hissəsində baş verən sürüşmə ilə əlaqədar yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub.

SPACE TV-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. O qeyd edib ki, sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndiriləcəklər.

V.Əsədov həmçinin qeyd edib ki, ərazidə yaşayan sakinlərin və neft şirkəti işçilərinin gediş-gəlişi üçün nəqliyyatın hərəkəti tənzimlənəcək: “Onlar Bayıl qəsəbəsi və ya 20-ci Sahədən keçməklə hərəkət edə biləcəklər”.

Paylaş

 Xəbəriniz olsun