Yük maşını qəza törədib

  • Space TV
  • 4 Sentyabr 2020 14:12

Xarici ölkə vətəndaşı Goranboyda qəza törədib. Spacetv.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Gürcüstan qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü qəfil sükana hakimiyyəti itirərək avtomobili dəmir arakəsmələrə vurub.

Qəza nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib. İritonnajlı avtomobil qəza baş verən ərazidən çıxarılıb. Magistral yolda yaranan bir neçə dəqiqəlik tıxac aradan qalxıb. Hadisəyə ilkin səbəb kimi yük maşınının şininin partlaması göstərilir.

Paylaş

 Xəbəriniz olsun