Yük maşını piyadanı vurub

  • SpaceTV
  • 22 Oktyabr 2019 16:07

     Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Vaqif prospektində qeydə alınıb. Sürücü, Astara rayon sakini Qasımov Firidun Mirzəhüseyn oğlu “Mersedes” markalı yük maşını ilə yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1961- ci il təvəllüdlü Zeynalov Ağamirzə Mirzə oğlunu vurub.

          Yaralı müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir RMX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, hadisə zamanı xəsarət alan Ağamirzə Zeynalov içkili vəziyyətdə olub. Fakt bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun