Yük maşını ilə minik maşını toqquşub

  • SpaceTV
  • 9 Avqust 2019 17:29

Şamaxıda iki avtomobilin toqquşmasi ilə nəticələnən yol-nəqliyyat hadisəsi bbaş verib. Hadisədə yaralananlar var.

Hadisə rayonun Məlhəm kəndində qeydə alınıb. “VAZ 2109” markalı, 10 FM 738 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn “ZİL 130” markalı, 04 BE 163 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 33 yaşlı Hümbətov Famil Faiq oğlu və 40 yaşlı  Məmmədov Rəfael Əlizaman oğlu ağır xəsarətlərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Vahid Fəxri –  Şamaxı

Paylaş

 Xəbəriniz olsun