Yük maşını aşdı, sürücü xəsarət aldı

  • Space TV
  • 26 Avqust 2020 13:44

Sabirabadda yük maşını aşıb, sürücü xəsarət alıb. Spacetv.az-ın xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, qumla dolu “Kamaz” markalı yük maşını anidən idarəetməni itirib. Bu zaman qarşıda gedən “Mersedes” markalı avtomobilin arxa hissəsinə çırpılaraq yolun kənarına aşıb və qum yola dağılıb. Qəza zamanı yük maşınının sürücüsü yüngül xəsarətlə ötüşüb. Hadisə yerinə yol polisinin əməkdaşları gəlib və yolda tıxac yaranmasın deyə, onlar tərəfindən nəqliyyat vasitələrinin hərəkəti tənzimlənib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun