Yonca biçimi davam edir

  • SpaceTV
  • 10 Oktyabr 2019 14:43

Salyan rayonunda bu il 5000 hektar sahədə yonca bitkisi əkilib. Ümumilikdə rayonda  22 min 200 hektar yonca sahəsi mövcuddur. Hal-hazırda fermerlər 4-cü biçini həyata keçirirlər.

Bu il salyanlı fermerlər əsasən yoncanın “Qızılağac” sortuna müraciət edib. Bundan başqa xüsusi seçilən məhsuldar torpaqlarda isə başqa sortların əkini də aparılıb. Hazırda biçin aparılan sahədə hər hektardan quru ot hesabı ilə 70-80 sentner məhsul əldə olunur. Yonca məhsulunun əkilməsi, aqrotexniki qulluq, biçilməsi zamanı dövlət tərəfindən göstərilən köməklik, güzəşt və subsidiyalar salyanlı fermerlərin bu sahəyə marağını ilbəil artırır. Qeyd edək ki, məhsulun daha səmərəli və artımlı olması üçün sahələrdə növbəli əkin sistemi də yaradılıb.

Təyyar Nəsirli  SPACE TV

Paylaş

 Xəbəriniz olsun