Yoluxanların sayı 17 205, ölənlərin sayı 361 oldu – Koronavirusda SON DURUM

  • Space TV
  • 3 Fevral 2020 10:29

Çində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 17 205 nəfərə çatıb, bu virus nəticəsində isə 361 insan ölüb.

SPACE TV  “Sondakika.com”-a xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin açıqlamasında bildirilib:

“Yoluxan 17 205 insandan 296 nəfərinin vəziyyəti ağırdır, 475 xəstə sağalaraq xəstəxananı tərk edib, ölənlərin sayı isə 361 nəfərə çatıb. Ümumilikdə 21 558 yoluxma halı qeydə alınıb”.

Açıqlamaya görə, təkcə bazar günü Çində 2829 yoluxma halı və 57 ölüm aktı qeydə alınıb:

“Ümumi olaraq 189 583 insan xəstəliyin daşıyıcıları ilə sıx əlaqədə olub, onlardan 152 700 nəfəri tibbi nəzarət altındadır”.

Paylaş

 Xəbəriniz olsun