Qusar rayonunun Cibir–Həzrə–Sudur avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir.
Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çatlar və çökmələr əmələ gəlmişdir.
Yolun 36 km-i asfalt-beton örtüklü olmaqla yenidən qurulur. Yol boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə bitum səpilməklə iri və xırda dənəli 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kv.m sahəni əhatə edəcək.
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə
düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac
yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boruların
yenilənməsidə layihə çərçivəsində nəzərdə tutulur.
“Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin
rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış
məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə
yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol
oynayacaq.”
Qeyd edək ki, tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanları, məlumatverici lövhə km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.