Yolu keçmək isdəyən 2 piyadanı maşın vurub

  • SpaceTV
  • 30 Sentyabr 2019 07:35

Paytaxtın  Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən  yol qəzası baş verib.

Qara Qarayev prospekti ilə yüksək sürətlə hərəkətdə olan 10 VV 881 dövlət qeydiyyatı nişanlı “BMV” markalı avtomaşının sürücüsü idarəetməni itirərək qəza törədib.

Qəza zamanı 27 yaşlı Ümid Novruzovun sağ ayağı sınıb, Nihad Rzayevin isə sol ayağı əzilib. Hər iki yaralı Təcili Tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən vəziyyətləri stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Nurlan Piriyev Space

Paylaş

 Xəbəriniz olsun