Yolu keçən qadını qatar vuraraq öldürüb.

  • Space TV
  • 22 İyul 2020 14:46

Bədbəxt hadisə Yevlaxın Çənlibel qəsəbəsində baş verib. Dəmiryol xəttindən keçən rayon sakini 32 yaşlı Zülfiyyə Zamanovanı qatar vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib.

Qadın 3 uşaq anası olub. Yerli sakinlər bildirib ki, ərazidə qatarlar sürətlə hərəkət edir. Qəsəbədə isə hər hansı bir keçid yoxdur.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.  

Emin Babayev space tv

Paylaş

 Xəbəriniz olsun