Yolu bağlayan köşk

  • Space TV
  • 3 Dekabr 2019 14:59

Bununla da piyada və sürücülərin hərəkəti məhdudlaşır, tıxaclar yaranır. Köşkün yeri uyğunsuz olduğu üçün bəzi hallarda qəza vəziyyəti də yaranır. Bu da haqlı olaraq sakinlərin narazılığına səbəb olur.

Ən maraqlısı isə odur ki, həmin köşkdən cəmi 5 metr məsafədə başqa bir köşk fəaliyyət göstərir. Yəni onun ora qoyulmasına ciddi  zərurət yox idi.  

Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə şikayət etdiklərini bildirdilər. Lakin hələki onların səsinə səs verən tapılmayıb.

Aidiyyatı üzrə Bakı Şəhər İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonumuza cavab verən olmadı. Ümid edirik ki, efirdə görüb, hansı məqsədlə zəng etdiyimizi bilərlər, və qısa vaxt ərzində bu problem də  həllini tapar.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun