Yolu bağlayan yarmarka söküldü – VİDEO

  • SpaceTV
  • 13 Avqust 2020 11:03

Hüseyn Cavid  prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yerləşən yarmarka sökülüb.  Space TV-nin xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2 ilə yaxın idi fəaliyyət göstərən yarmarka magistral yolu bağlamaqla yanaşı, onun yaxınlığında yerləşən evlərin də qarşısını kəsmişdi. Sakinlər yarmarkanın ərazidən götürülməsi ilə bağlı auidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini deyiblər.

Yarmarkanın dəqiq hansı ünvana köçürülməsi məlum olmasa da Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, pandemiyadan sonra yenidən əvvəlki qaydada fəaliyyət göstərəcək. “Kənddən şəhərə” yarmarkaları üçün KTN və Yasamal RİH tərəfindən təyin olunmuş ərazilər seçiləcək.

Paylaş

 Xəbəriniz olsun