Yolsuz qalan Binəlilər

  • SpaceTV
  • 30 Noyabr 2019 15:06

Yollar  dağılıb , çuxurlar yaranıb, yağış yağanda isə bura lap kiçik gölməçəni  xatırıladır. Və  bu  görüntülər  heç  də uzaq dağ kəndinin deyil, paytaxtın  lap  yaxınlığında  yerləşən Xəzər rayonu  Binə qəsəbəsi Südçülük sovxozu , 4 cü yaşayış massivindəndir .Maraqlısı  isə  odur  ki,  bərbad  yolları  olan yaşayiş massivində  10 dan çox küçə  bu vaxta kimi asfalt üzünə həsrət qalıb

Qəsəbə  sakinlərinin  dərdi  yollarnan  bitsəydi  nə  vardı  ki. Ən pisi odur ki, yolların  yarasız olması bu xəttədə işləyən avtobus sürücülərinə də bəhanə verib. Metronun Koroğlu  stansiyasının  qarşısından  qəsəbəyə işləyən 160 saylı   xəttin sürücüləri   sakinləri elə yarı yolda düşürürlər.

Onların da öz həqiqtləri var. Sürücüləri deyirik..

Sakinlər deyirlər ki, yağış yağan kimi bu yollarla  uşaqlarda məktəbə gedə bilmir və davamiyyətdən  geri qalırlar.Məcburiyyət qarşısında qalıb qəsəbənin mərkəzindən  məktəbə kimi olan təmirsiz yolu öz hesablarına  marşurut tutublar

Məsələ ilə bağlı Xəzər rayon icra hakimiyyətinin Binə inzibati nümayəndəliyində də  olduq.Səhər  saatları olmasına  baxmayaraq qəsəbənin ərazi nümayəndəsini nə iş b aşında nədə qəsəbədə gördüm deyən olmadı

Binə qəsəbə bələdiyyəsindən isə bildirildi ki, dövlət proqramına uyğun olaraq qəsəbədə qarşıdakı illərdə mərkəz küçələrin yolları daxil olmaqla məhlədaxili yollarada asfalt vurulacaq

Hər halda  rəsmi  söz  ala bildik. Yəqin ki, əməli də görəcəyik. Mövzuya qayıdacayıq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun