Yollarda təhlükəsizlik

  • SpaceTV
  • 17 Sentyabr 2019 15:22

 Aylardır davam edən yay tətili artıq yenidən 9 aylıq tədris ili ilə əvəz olundu. Məktəblərimizdə təhsil alan şagirdlərimizin savadı, biliyi nə qədər önəmlidirsə, onların sağlamlığı da bir o qədər vacibdir. Bu baxımdan, xüsusən, şəhər və rayon məktəblərində oxuyan şagirdlərin məktəbə gediş-gəlişini, nəqliyyatda hərəkətini rahatlaşdırmaq üçün də aidiyyəti qurumlar tərəfindən bir sıra işlər görülüb.

 Respublika ərazisində yeni dərs ilinin başlanması ilə əlaqədar “Diqqət, uşaqlar!” adı altında yol hərəkətinin təhlükəsizliyi aylığı keçrilib. İşlərin mütəşəkkil təşkili üçün Kürdəmir rayon polis şöbəsinin dövlət  yol polisi bölməsində də tədbirlər planı tərtib edilib. Məktəblərin daha sıx olduğu yerlərdə yollar müayinə olunub. Həmin ərazilərdə köhnəlmiş yol nişanları yenisi ilə əvəz edilib.

Eyni zamanda tələb olunan yerlərə lazımi yol nişanlarının qoyuluşu da  təmin edilib. 2019 cu ilin sentyabr ayına kimi rayon ərazisində 300 dən artıq  yol nişanları qoyulub və köhnələri yeniləri ilə əvəz olunub.

Sözügedən ərazilərdə yol nişanlarının qoyulması, piyada zolaqlarının çəkilməsi  yol hərəkəti iştirakçısı qismində olan piyadaların həyat və sağlamlıqlarının qorunması məqsədini daşıyır.

Vahid  Fəxri,  Kürdəmir

Paylaş

 Xəbəriniz olsun