Yollarda ehtiyyatlı olun !

  • SpaceTV
  • 13 Avqust 2019 12:58

Paytaxtda  baş verən yol nəqliyyat hadisələrinin statistikasi açıqlanıb. Statistikaya əsasən göstəricilər ötən ilə nisbətdə aşağıdır.

İlin əvvəlindən bu günə kimi Bakı şəhəri üzrə 251 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 81 nəfər həlak olub, 223 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə  müqayisədə aşağıdır.

Baş verən hadisələrə əsas səbəb olaraq diqqətsizlik, sürət həddinin aşılması, yol ayrıcı qaydalarının pozulması, piyadaların təyin olunmayan yerlərdən keçməsi və digərlərini göstərmək olar.

Qeyd edək ki, yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Bu günlərdə sürücülərdən daha diqqətli olmaları xahiş olunur.

Odur ki, hər bir yol hərəkət iştirakçısı yol hərəkətində nizam- intizamlı olarsa bu, yol hərəkətində həm mədəniyət səviyyəsinin formalaşmasına,  həm də qəzaların sayının azalmasına gətirib çıxaracaq. Əgər yol hərəkəti haqqında qanunun tələblərindən biri belə pozulursa bu artıq qəza vəziyyəti deməkdir. Nəinki bayram günlərində hər an, hər dəqiqə yollarda diqqətli olmağa çalışaq.

İsa  İsmayılov – Space  

Paylaş

 Xəbəriniz olsun