Yollar yenidən qurulur

  • SpaceTV
  • 30 Sentyabr 2019 07:47

Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.

Tikinti layihəsinə uyğun olaraq mövcud örtük sökülüb, yolun yararsız qruntu qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb, çiyin hissələr xüsusi materialla bərkidilib.

Növbəti mərhələdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası işləri aparılıb. Bunun ardınca xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılıb. Buna paralel olaraq ayrıcı zolaq və səki hissələrin kənarlarına 14 min paqon-metr yeni səki daşı düzülüb, zəruri yerlərdə əyrixətli metal tirlər və dirəklər quraşdırılıb.

Yol boyu suvarma və məişətdə istifadəsi üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə 298 paqon-metr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılıb.

Bundan başqa yolun Goranboy-Borsunlu hissəsinin 6-cı km-də Rəhimliçay, 9-cu km-də Gorançay və 13-cü km-də Yarğançay üzərində yerləşən mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülərək yekunlaşdırılıb.

Paylaş

 Xəbəriniz olsun