YOLLAR YENİDƏN ASFALTLANIR – VİDEO

  • SpaceTV
  • 7 Avqust 2020 12:33

Paytaxtın Yasamal rayonu 2-ci Alatava yaşayış massivində yaşayanlar illər idi ki, yolsuzluqdan əziyyət çəkirdilər.Hətta son 50 ildə bu yaşayış massivində  bir çox küçədə yolların asfaltlanması da aparılmamışdı.Yasamal  rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində bir sıra məhəllədaxili yolların yenidən qurulmasına start verilib.İlkin olaraq bu ərazidə 7 min kv.metrə yaxın yol və bitişik ərazilərin asfaltlanması nəzərdə tutulur.Eyni zamanda sözügedən ərazidə küçə boyu abadlıq, səliqə-səhman işləridə aparılır.

Uzun illərdən bəri təmir edilməyən və gediş-gəliş üçün yararsız vəziyyətdə olan yolun yenidən qurulması nəinki yerli sakinlərin rahatlığı, habelə bu ərazinin sosial-iqtisadi inkişafında da böyük rol oynayacaq.Qeyd edək ki, bu ünvanda əsasən qacqın və məcburi köçkünlər yaşayır.

Məlumat üçün bildirək ki, Yasamal rayonunda yol örtüyünün yenilənməsi və döşənməsi işlərinin rayonun digər ərazilərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun