Yollar var ki, dünyada sayı hesabı çoxdur, bir yol da var ki, bu yolun yolçuları yollarının baxımsız və təmirsiz olmasından illərdir əziyyət çəkir.Bura hər hansı ucqar dağ kəndinin yolu deyil, görüntülər Sabunçu rayonu Ramana qəsəbəsi, Ramana südçülük sovxozundandır.
Qəsəbənin məhəllədaxili yollarının indiyə kimi torpaq olması ilə yanaşı 296 saylı məktəbin yerləşdiyi Səməd Vurğun küçəsindəki yol da hazırda tam yararsız vəziyyətə düşüb. Qəsəbənin yollarının asfaltlanması düz 16 il bundan öncə aparılıb. Sakinlər belə deyir.
Payız qış aylarında yollarda gölməçələrin meydana gəlməsi bu yoldan istifadə edən bütün nəqliyyat vasitələrinin işinə əngəl olur. Hətta qəsəbəyə çağırılan təcili yardım və marşurut avtobusları da bu baxımsız yola girməkdən dəfələrlə imtina ediblər. Qəsəbədə kanalizasiya xəttinin olmaması da yolların dağılmasını tezləşdirib
5 minə yaxın qəsəbə sakininin yolsuzluq problemiilə bağlı Ramana Bələdiyyəsi və qəsəbənin ərazi nümayəndəliyinə yollandıq. Bələdiyyə sədrinin müavini yolun təmir olunacağına dair bizə vəd versə də ərazi nümayəndəliyini qəsəbədə tapa bilmədik
İllərdir yollarının təmir olunacağını gözləyən qəsəbə sakinlərinin bələdiyyə nümayəndəsinin dəfələrlə verdiyi vədin bu dəfə həqiqət olacağını hələ bir müddət də gözləməyə yəqinki, səbrləri çatacaq.
RƏŞAD VƏKİLOĞLU SPACE TV