Yolda işləyən kran Bakıda tıxaca səbəb oldu – FOTO

  • Space TV
  • 3 Fevral 2021 16:19

Hazırda paytaxtın Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat paylaşıb.

O bildirib ki, nəqliyyatın sıxlığına səbəb kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsidir: 

“Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq”.

Paylaş

 Xəbəriniz olsun