Yol qəzasında 6 nəfər xəsarət alıb

  • SpaceTV
  • 2 Dekabr 2019 16:21

Bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi  ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.Qəza nəticəsində yaralılardan iki nəfər 54 yaşlı Zaqatala rayon sakini Oruc Məhərrəmov və 58 yaşlı Ağdam rayon sakini Eldar Quliyev xəstəxanaya getməkdən imtina ediblər.Müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər Zaqatala rayon sakini 55 yaşlı İradə Məhərrəmova, Zaqatala rayon sakini, 24 yaşlı Günel Kazımova,  Zaqatala rayon sakini 84 yaşlı Çiçək Məhərrəmova və Şəki rayon sakini 52 yaşlı Əsli Məmmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Xəstəxanada yaralıların müayinə olunaraq tibbi yardım göstərilib,müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun