Yol qəzasında 3 nəfər xəsarət aldı

  • SpaceTV
  • 30 Sentyabr 2019 07:43

Paytaxtda  iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza paytaxtın Xəzər rayonu, Buzovna-Maştağa yolunda qeydə alınıb.

Belə ki,  gecə saatlarında “BMV” markalı avtomobillə,  “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar dərhal Təcili Yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan “VAZ – 2106” markalı avtomobilin sürücüsü, 31 yaşlı Yusif Rzayevə  diz oynağının açıq sınıq yarası, “BMV” markalı avtomobilin sərnişini, 67 yaşlı Firuzə Vəliməmmədovaya  qapalı kəllə-beyin travması və alının açıq yarası, adı hələlik məlum olmayan digər bir yaralıya isə bədənin müxtəlif yerlərinin xəsarətləri, döş qəfəsinin küt travması diaqnozları qoyulub.

 Hazırda müalicələri davam edir. Faktla bağlı araşdırma aparılır.

Nurlan Piriyev Space

Paylaş

 Xəbəriniz olsun