Yol qəzası – VİDEO

  • SpaceTV
  • 7 Oktyabr 2019 14:37

Hacıqabulda sərnişinin ölümü ilə nəticələnən yol qəzası  baş verib. Qəza Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yol kənarında dayanmış yük maşınından düşən sərnişin, Bakı şəhər sakini, 21 yaşlı Mirsurxay Məmmədov sürücü tərəfdən kabinəni açmaq istəyib. Elə bu zaman sürətlə hərəkətdə olan “Ford” markalı 99-LJ-419 dövlət nömrə nişanlı avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sərnişin hadisə yerində ölüb. Qəzanın baş verdiyi əraziyə gələn təcili yardım maşının ilə meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun