Yol qəzası törədib hadisə yerindən uzaqlaşanlar.

  • SpaceTV
  • 21 Fevral 2020 16:28

Bir çoxları bunu həmin an yaşanılan stress və həyəcanla bağlayırlar. Qəza baş verən zaman sürücülər öhdəliklərinə düşən bəzi addımları mütləq atmalıdırlar. Baş verən yol qəzaları ilə bağlı hadisə iştirakçıları mütləq aidiyyatı üzrə məlumat verməli və hadisə yerində gözləməlidir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirdi ki, əgər sürücü qəzanı törətdikdən sonra hadisə yerini tərk edirsə bu inzibati xəta tərkibi yaradır. Və həmin sürücü inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılır.

Lakin bu, təkcə maddi zərər dəydiyi zaman mümkün olur. Əgər qəza zamanı kiminsə sağlamlığına ziyan dəyirsə bu zaman hadisə cinayət tərkibi yaradır.

Ekspetlər bildirir ki, bəzi sürücülər qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşmaqla  məsuliyyətdən də qurtula biləcəklərini düşünürlər.Lakin günümüzdə hadisə yerindən uzaqlaşan sürücüləri tapmaq elə də cətin prosses deyil.

Əgər qəza törədən sürücü qanunvericiliyə uyğun hərəkət etsə bu onun işini də yüngülləşdirir.

Qəzanın günahkarı siz olmaya da bilərsiniz. İstəmədən hansısa qəzanın iştirakçısı olduğunuz zaman,  həm özünüzun həm də başqalarının rahatlığı üçün qanun çərçivəsində hərəkət etməyi seçin. Çünki, hadisədən sonra qəza baş verən ərazidən uzaqlaşmaq sizi haqlı ikən haqsız vəziyyətə sala bilər.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun