Yol qəzası olub

  • Space TV
  • 16 Dekabr 2019 15:12

Salyanda yol qəzası olub, ər-arvad xəsarət alıb.

Hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1971-ciil təvəllüdlü Cəbrayılov İsmayıl Ələsgər oğlu idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən yük maşını arxadan çırpılıb.  Qəza nəticəsində sürücü və onun arvadı, 1970-ci il təvəllüdlü Cəbrayılova Cəmilə İsmayıl qızı  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun