Yol qəzası baş verib

  • Space TV
  • 2 Sentyabr 2020 13:46

Ağstafa rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Spacetv.az-ın xəbərinə görə, hadisə Poylu yolunda qeydə alınıb.

Opel markalı avtomobil 28 yaşlı Niyaməddin Nəbiyevi və 27 yaşlı Zərbəli Mirzəliyevi vurub. Onlardan biri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb, digəri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.  Niyaməddin Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Zərbəli Mirzəliyevin vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun