Yol qəzası baş verib

  • Space TV
  • 22 Avqust 2020 17:49

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Dağ Kəsəmən kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Spacetv.az-ın məlumatına görə, hərəkətdə olan minik  avtomobili  idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü Ağstafa rayon sakini 45 yaşlı  Elxan Nazim oğlu Əliyev  ağır  xəsarətlərlə  rayon mərkəzi xəstəxanasına  catdırılıb. Yaralının  yaxınları hadisədən xəbərsiz  olduqlarını deyirlər. İlkin tibbi yardımdan sonra  yaralı  Qazax  xəstəxanasına  göndərilib.

Hazırda  yaralı  Ağstafa  rayon mərkəzi  xəstəxanasında  qalıb.  Yaralının ailəsi bildirib ki,  Qazax xəstəxanası   Elxan Əliyevə  sahib  cıxmasa  məcbur qalıb paytaxt istiqamətinə   yollanacaqlar. Qeyd edək ki,   yaralı Elxan Əliyevin idarə  etdiyi  avtomobil  qardaşına məxus  olub. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun