Yol qəzası

  • SpaceTV
  • 18 Oktyabr 2019 16:35

Hadisə şəhərin Bayramı qəsəbəsinə gedən avtomobil yolunda qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 43 yaşlı Teymur Babayevin idarə etdiyi “Mersedes”markalı 10 saylı marşrut üzrə işləyən mikroavtobus həmyerlisi, 27 yaşlı Muradəli Cavadovun idarə etdiyi “Vaz-2114” markalı avtomobili ilə toqquşub. Qəza nəticəsində “Vaz-2114” markalı avtobusun sürücüsü hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə gələn FHN-nin xilasediciləri tərəfindən onun meyitini xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxararaq aidiyyati üzrə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan mikroavtobusun sürücüsü isə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun