Yol problemi həllini tapdı

  • Space TV
  • 30 Dekabr 2019 11:01

İllər idi ki, yolsuzluqdan əziyyət çəkirdilər.  Yağış yağanda qəsəbənin bütün küçələri keçilməz olur, gölməçələrdən hətta maşınlar belə hərəkət etməyə çətinlik çəkirdi. Amma artıq Xəzər rayonunun Binə qəsəbəsi Südçülük sovxozu , 4 cü yaşayış massivində yaşayan sakinlərinin yol problemi geridə qaldı

Elə bir neçə gün əvvəldövlət başçısı Xəzər rayonunda avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlısərəncam  imzalayıb.

Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün isə “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.

Sakinlərdə illərdir yolsuzluqdan əziyyət çəkdiklərini, amma  artıq həm yol, həmdə su və kanalizasiya problemlərinin yaxın vaxtlarda həll olunacağını  ölkə başçısının Binə sakinlərinə  bayram hədiyyəsi kimi qiymətləndirdiklərini deyirlər.

Onuda bildirək ki, qəsəbəyə yol və su xətlərinin çəkilməsinə yaxın günlərdə başlanılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun