Yol polisi sürücü və piyadalara müraciət etdi

  • Space TV
  • 2 Mart 2020 15:52

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və piyadalara müraciət edib.

SPACE TV  xəbər verir ki, respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı məsləhət görür.

Zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini tövsiyə edir.

Paylaş

 Xəbəriniz olsun